Azərbaycanın iqtisadi imkanları, biznes mühiti, azad olunmuş ərazilərin investisiya imkanları Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Ticarət və Sənaye Palatasının biznes forumunda təqdim olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyasından Fins.az-a verilən məlumata görə, forumda Azərbaycanı Konfederasiyaya üzv sahibkarlar təmsil ediblər.Forumda kənd təsərrüfatı, qida sənayesi, su sənayesi, sağlamlıq, informasiya və kommunikasiya sektorları üzrə B2B görüşlər keçirilib, həmçinin ölkələr arasında gələcək ticarət və investisiya imkanları müzakirə edilib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türk Dövlət Əməkdaşlıq Şurasına üzv dövlətlər və Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 4,5 mlrd. ABŞ dolları olub. Bu, ölkənin ümumi xarici ticarət dövriyyəsinin 18,4%-ni təşkil edir. Bununla yanaşı Macarıstanla Azərbaycanın ticarət dövriyyəsi ötən il 38 mln. dollar təşkil edib.