BİZNES

24 Sentyabr

“Daim böyüyən, fasiləsiz və məhdudiyyətisiz bankçılığın mövcud olacağı günlər yaxındır...” Kamal Hüseynzadə

İqtisadi əlaqələrin qurulması, ticarət əməliyyatlarının təşkili və idarə edilməsində pul və onunla həyata keçirilən hesablaşma formaları xüsusi önəm daşıyır. Bütün bunları nəzərə alaraq bugünkü söhbətimi təcrübəli maliyyə mütəxəssisi və məsləhətçisi Kamal Hüseynzadə ilə həyata keçirməyə qərar verdim. Həmsöhbətim Kamal bəylə sizin üçün “Nağd və nağdsız hesablaşma formaları” haqqında maraqlı bir müsahibə gerçəkləşdirdik.

  • Kamal bəy mümkünsə suallarımıza keçməzdən öncə oxucularımız üçün iqtisadiyyatda ödəniş sistemlerinin mahiyyətindən danışaq. “İlk zamanlar nağd və nağdsız hesablaşma ayrımına gedilməsi prosesi necə gerçəkləşdi” bunu xatırlayaq

Dünyada və ölkəmizdə baş verən maliyyə böhranından və olası devalvasiyalardan qaçmaq üçün hökümət nağd pul dövriyyəsinin bazar payının azaldılması və nağdsız hesablaşmaların keçidinə təkan verdi. Yadınızdadırsa, 2015 ci ilin fevral ayında ölkəmizdə sürətli devalvasiya başladı dolların manata olan ekvivalenti 0.78 AZN-dən 1,05 həddinə gəldi. Hökümət manatın dayanıqlılığını qorumaq üçün ilk növbədə bazarda olan pul kütləsinin həcmini aşağı salmağı planladı. Belə ki, 2016 ci ilin dekabr ayında qanun layihəsi ölkə başçısı tərəfindən imzalandı. Qanun əsas məqsədi bazarda pul kütləsinim həcminin aşağı salınması və ölkənin nağdısz əməliyyatlara məcburi eləcə də könüllü qaydada keçirilməsidir.

  • Nağdsız hesablaşmaların hansı formaları mövcuddur?

Nağdsız hesablaşmaların formalarını qüvvədə olan Mülki Məcəllənin 972-ci maddəsində rast gəlmək olar.

Belə ki:“Nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir”.
  • Bəs ölkəmizdə nağdsız ödəniş sisteminin tətbiqinə keçidi sürətləndirən əsas amillər hansılar oldu?

Bazar iqtisadiyyatı şəraitində bildiyiniz kimi, iqtisadiyyata dövlətin müdaxiləsi minimum hədd səviyyəsində olur. Dövlət yalnız burada qüvvədə olan qanunvericilik aktları və normaları ilə bazar mühitini tənzimləyə bilir. Nağdsız ödəniş sisteminə keçid ölkənin əsas iqtisadi addımlarından biri oldu. Belə ki, nağd pul dövriyyəsinin azaldılması eyni zamanda şəffaflığa və bununla yanaşı vergidən yayınma hallarının minimuma endirilməsinə gətirib çıxartdı. Büdcə daxilolmalarında vergilərin payına baxsaq (Qeyd 1) 2018 və 2019 ci illərdəki artımı müşahidə etmək olacaqdır. Bununla bərabər fiziki və hüquqi şəxslər üçün nağd xərcləmə limitləri gətirildiyi üçün burada artıq əmək haqqılarında olan rəsmiləşdirilmə,şəffaflaşdırma hallarındakı artım müşahidə olunmuşdur.

Bu resim için metin sağlanmadı

  • Nağd qaydada həyata keçirilməsinin qarşısı alınan hesablaşmalar hansılardır və bundan irəli gələrək, Nağdsız Hesablaşmalar Haqqında Qanun pozulması hallarına görə hansı cəza tədbirlərinin tətbiqi nəzərdə tutulub?

Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulurQeyd edim ki, qüvvədə olan nağdsız hesablaşmalar haqqında qanunun tələbinin pozulmasına görə Vergi Məcəlləsində maliyyə sanksiyaları nəzərdə tutulub.

58.7-1. "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • Hər iki tərəf vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar üzrə nağdsız ödəniş hansı formada həyata keçirilir?

Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

"3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar".
  • Virtual bank xidmətlərinin üstünlükləri, çatışmazlıqları və inkişaf perspektivləri nələrdir?

Ölkəmizdə rəqəmsal bankçılığn inkişafı olduqca təqdirəlayiq dəyişiklikdir. Belə ki, sahibkar və ya mühasiblər artıq bankda uzun növbələr gözləməkdən, eləcə də ödəniş tapşırıqlarını kağız daşıyıcıda yazıb bankda təhvil verməkdən azad olundular. Bunun əvəzinə gücləndirilmiş asan imza və ya bir istifadə üçün şifrələr köməyi ilə öz elektron kabineti daxil olub 7/24 əməliyyatlar edə , etdiyi əməliyyatlarla bağlı çıxarışlar ala və sorğular göndərə bilər. Çatışmayan tərəflərinin olması mümkündür, bununla bağlı banklar biznes strukturları ilə sıx əlaqədə çalışırlar. İnternet bankçılıq ölkəməzdə bu sürətlə inkişafı və perespektivləri olduqca böyükdür. Daim böyüyən bazar iqtisadi şəraitində fasiləsiz,məhdudiyyətisiz bankçılığın mövcud olacağı günlərdə yaxındır.

Bu resim için metin sağlanmadı

  • Sizcə qarşıdakı bir neçə il ərzində tamamilə nağdsız hesablaşmalara keçmək gözlənilirmi? Bu bank və müştəri xidmətləri peşəsinin gələcək taleyinə necə təsir edəcək?

Hal-hazır ki, biznes şəraitində bunu demək çətindir,çünki sahibkarların vergi problemlərinin həlli və tam şəffaflaşma əməliyyatı başa çatmalıdır. Ölkəmizdə mühasibat uçotunun tam şəffaflaşması başa çatmasa tam olaraq nağdsız hesablaşmalara keçid də başa çatmayacaqdır. Burda sahibkarlara böyük yük düşür. İlkin növbədə sahibkar tam şəffaf işləməyin üstünlüklərini bilməli və maarifləndirici tədbirlər aparılmalıdır. Daha vergi güzəştləri tətbiq edərək, tam şəffaf işləməyə sövq edilməlidir. Təbiidir ki, biznes strukturları tam şəffaf işləməsi zamanı bankların müştəriləri və xidmlərində artım olacaqdır. Bu zaman bank-sahibkar münasibətlərində çevikliyin təmini üçün rəqəmsal bankçılığın inkişafı və sahibkarların edəcəyi dəyişiklik təkliflərini tətbiq etmək lazım olacaqdır.

  • Bu sahədə səmərəliliyin ölçülməsi meyyarları nələrdir?

Bu qanunun səmərəliyinin ölçülməsi ölkə üzrə biznes mühitlərinin şəffalığının artması, büdcə daxilolmalarının həcmində dəyişikliklərdir. Belə ki, ölkənin iqtisadi siyasətində vergi və vergi daxilolmalarının həcmi olduqca prioritetdir. Burada baş verəcək olan kənarlaşmalar, yayınmalar ölkənin davam edən və planlanmış qeyri-neft sektorlarının inkişafını təxirə sala bilər. Bu səbəbdən bizim üçün ən böyük səmərəlilik meyarı şəffaflaşma, əmək haqqıların ağardılması və çirkli pulların yuyulmasının qarşısının alınmasıdır.

© İqtisadiyyat.az