BİZNES

23 Sentyabr

Alman şirkətləri Qarabağ və Şərqi Zəngəzurun inkişafında iştirak etmək niyyətindədir

Fizuli beynəlxalq hava limanıını iqtisadi, nəqliyyat və logistika ilə bağlı Qarabağın və eyni zamanda şərqi Zəngəzur iqtisadi rayonların inkişafına böyük imkanlar yaradır. 

Fins.az xəbər verir ki,bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) sədri Fərid İsayev çıxış edərkən deyib.

O bildirib ki, bunula yanaşı xarici investorların, Alman şirkətləri bu böyük prosesdə iştirak etmək niyyətindədirlər. "Bu əraziyə maraq göstərən investorlar adətən daha çox yeniliklər əldə etmək istəyirlər, hansı planlar var, hansı imkanlar olacaq? Biz anlayırıq ki, bu böyük bir prosesdir və bu prosesi idarə etmək lazımdır və bunu bir neçə tərəfdən idarə etmək lazımdır. Burda digər mülahizələr də var. Misal olaraq müvafiq təcrübənin və ekspertizanın olması önəmlidir və yəqin ki, bir motivasiya olmalıdır. Eyni zamanda iştirak etmə forması da əlbəttə ki, böyük fərq yarada bilər. AHK-Azərbaycan üzvləri bu əməkdaşlığı təmin etmək üçün platforma yaratmağa hazırdır. Bunu daha səmərəli etmək üçün lazım olan resurslarmız da var. Biz inanırıq ki, bu ümumi məqsədə nail olmaq üçün əlimizdən gələni edərək töhfə verə bilərik",- deyə F. İsayev qeyd edib.