BİZNES

22 Sentyabr

Xarkov və Sumskayanın iş adamları Azərbaycana səfər edəcək-Əfqan Salmanovdan AÇIQLAMA

Ukraynanın Xarkov şəhərində ki, Azərbaycanın fəxri konsulluğunun təşəbbüsü ilə yaxın zamanlarda Xarkov və Sumskaya bölgələrində fəaliyyət gösdərən iş adamlarının Azərbaycana sayca 3-cü səfəri təşkil ediləcək.

Fins.az xəbər verir ki,bu barədə Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov məlumat verib 

O bildirib ki, səfərlərin təşkil edilməsində başlıca məqsəd Azərbaycanın müxtəlif bölgələri ilə bir başa iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasına nail olmaqdır.

Əfqan Salmanov nümayəndə heyətinin tərkibi barədə də məlumat verərək "Ukrayna nümayəndə heyətinin tərkibinə böyük sənaye müəssisələrini və ali məktəb nümayəndələri daxil olacaq."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva