BİZNES

21 Sentyabr

Bakıda kirayə mənzillər bahalaşıb?-Vüqar Orucdan AÇIQLAMA

Yeni tədris ilində əyani tədrisin bərpasına qəarar verilib. Bu qərardan sonra Ali təhsil müəssisələrinə yaxın ərazidə yaxud Bakının müxtəlif hissələrində kirayə mənzillərin qiymətində artım müşahidə edilir desək yanılmarıq. 

Fins.az xəbər verir ki, kirayə mənzil bazarında bahalaşma və bunun səbəbləri ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini,“ VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc açıqlama verib. 

O pandemiya dövründə kirayə mənzil bazarında müşahidə edilən durğunluğun bazarın hazırki vəziyyətinə də təsirlərindən danışaraq "Pandemiyaya qədər hər il çoxmərtəbəli binalarda bəzi hallarda fərdi yaşayış evlərində kirayə qiymətləri avqust sentyabr aylarında tədris ili öncəsi yüksəlirdi. Bu qiymət artımı rayonlardan Bakıya gəlmiş tələbələr Ali təhsil müəssisələrinə yaxın məsafədə kirayə ev axtarması hesabına baş verirdi. Bu dövr keçəndən sonra qiymətlərdə stabilləşmə müşahidə olunurdu. Son iki il ərzində məlumdur ki, tədris müəssisələrində qapanma oldu. Bu amilin təsiri ilə kirayə qiymətlərində azalamalar müşahidə edilirdi.Təbii ki, hazırda yeni tədris ilinin başlaması ilə bağlı kirayə qiymətlərində müəyyən canlanma var. Bir məsələni vurğulamaq istərdim ki,bir çox valideynlər əyani tədrisin davamlı olacağına əmin olmadıqlarına görə öz övladları üçün mənzil kirayələmkdə qərarlı deyil. Ona görə də bu proses pandemiyadan əvvəlki kimi dinamik deyil."

Vüqar Oruc kirayə mənzil bazarında hazırki nisbi bahalaşmanı  pandemiyadan sonrakı bərpa proisesi dəyərləndirərək "Hazırda kirayə mənzil bazarında bahalaşma yox mən deyərdim pandemiyadan əvvəlki qiymətlərin bərpası prosesi gedir.Pandemiyadan əvvəl tələbələr üçün daha uyğun hesab edilən 1yaxud 2 otaqlı mənzillərin qiyməti yerləşmə yerindən aslı olaraq 300AZN-lə 500 AZN  arasında dəyişirdisə pandemiya dövründə bazardakı süstlük bu qiymətlərə zərbə vurmuşdu. Ona görə görə də pandemiyadan əvvəlki qiymətlərıə qayıdış istiqamətində inkişaf müşahidə edilir.

“ VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru şirkətinin rəhbəri eyni zamanda qiymət artımının davamlı olub olmaması ilə də bağlı fikirlərini bölüşərək. "Tədris prosesi davamlı olacağı təqdirdə kirayə mənzil bazarında qiymətllərin yüksələn dinamika ilə inkişafını gözləmək olar. Buna görə də yalnız bir -iki ay əyani tədris davam etdikdən sonra kirayə mənzil bazarında bahalaşma müşahidə ediıə bilər. Hazırda tələbatın çox olması ilə əlaqədar kirayə mənzil qiymətlərində böyük bir sıçraş olduğunu iddia etmək doğru deyil."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva