BİZNES

21 Sentyabr

"Pasha Holdinq"-ə daxil olan MMC-yə iki şirkət birləşdirilib

“AMAL ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyəti və “A-GRADE REAL ESTATES” Məhdud Məsuliyyətli Cəmiyyəti  "PMD Group"-a qoşulub. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb. 

Sosial şəbəkələrdəki məlumatlara görə, "PMD Group" Bakıda və ölkənin turizm bölgələrində bir sıra mehmanxana və istirahət obyektlərini idarə edir. Bunlar Shamaxi Palace Shiredil, Naftalan Hotel Qashalti, Dalga Beach Aguapark, Chinar Hotel SPA-dır.
"PMD Group" MMC 2013-cü ildə yaradılıb və "Pasha Holdinq" şirkətlər qrupuna daxildir. Qrup kənd təsərrüfatı, emal sənayesi, tikinti, daşınmaz əmlak, bankçılıq və s sahələrdə fəaliyyət göstərir. Qrupa 10-dan çox şirkət daxildir. Bu ilin iyun ayında qrup "PMD Projects" şirkətini qurub.

Müəllif:Aynur Qəniyeva