BİZNES

20 Sentyabr

Babək Bayramovun NAT təlimi - növbəti SERTİFİKATLARI

Hər kəs həyatında nələrisə dəyişmək istəyir. Eyni zamanda dəyişimə qarşı müqavimət göstərirsiniz. Müqavimət ləngimə və ya geriləmə yaradır. Müqaviməti yaradan ümumiləşdirilmiş fikirləriniz, yəni inanclarınızdır. Hal-hazırda bu sözləri oxuyarkən bir dəyişim gözləntisi içərisində olsanız da, strategiya və dəstəkləyici inanclarınız yoxdursa, müqaviməti həll edə bilməzsiniz. Müqavimət çoxsəviyyəli ola bilir və bəzi müqavimət ünsürləri şüuraltınızın çox dərinliklərində gizlənə bilir. Müqaviməti həll etmə ehtiyacı bizdə NAT (Neyro Assosiativ Transformasiya) psixotexnologiyasını təkmilləşdirməyə vadar etdi. Çünki bizim bizi gücləndirən inanclara və öz zehniyyətimizlə ahəng qurmağa ehtiyacımız var

Azərbaycanda Neyrolinqvistik proqramlaşdırma (NLP) üzrə mütəxəssis, psixoloq Babək Bayramovun NAT (Neyro Assosiativ Transformasiya)  təlimlərinin ilk qrupu təlimi başa vuraraq sertifikatları təqdim edib.