BİZNES

17 Sentyabr

"Gəncə İş Adamları" İctimai Birliyi-nin rəhbərliyi ilə Pakistanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüş baş tutub

17 sentyabr 2021-ci il tarixində "Gəncə İş Adamları" İctimai Birliyi-nin rəhbərliyi ilə Pakistanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüş baş tutmuşdur.

Görüşdə Azərbaycan-Pakistan münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.
Növbəti ayda Azpromo təşkilatçılığı ilə Pakistanda baş tutacaq tədbirə "Gəncə İş Adamları" İctimai Birliyinin rəhbərliyi səfir tərəfindən dəvət olunmuşdur.
Səfir Bilal Hayee "Gəncə İş Adamları" İctimai Birliyinin fəaliyyəti ilə bağlı uğurlar arzulayıb. Səfirin növbəti aylarda Gəncə şəhərinə səfəri və Birlik tərəfindən təşkil olunacaq tədbirdə iştirakı ilə bağlı məmnunluğunu bildirmişdir. Gələcəkdə ölkəmizdə yaradılmış "Pakistan Ticarət Palatası" ilə Birlik arasında sıx əməkdaşlığın olacağını bildirmişdir.
Sonda "Gəncə İş Adamları" İctimai Birliyi adından səfir Bilal Hayee-ə, "Nizami Gəncəvi" irsini təcəssüm etdirən xüsusi hədiyyə təqdim edilib və xatirə fotosu çəkdirilmişdir