BİZNES

17 Sentyabr

Artıq ödəmənin qaytarılması üçün neçə müraciət edilib?- RƏSMİ SAY

Hazırda vergi ödəyiciləri tərəfindən “Vahid elektron lövhə”dən istifadə etməklə artıq ödəmənin qaytarılması üçün 107 sayda müraciət daxil olub. Bu platformanın bir sıra üstünlükləri var.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergi ödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edir. Vergi ödəyicisi müraciəti ilə bağlı bütün mərhələləri izləyə, məbləğin geri qaytarılması prosesinə şəxsən nəzarət edə bilir. Prosedurun sadələşdirilməsi vergi ödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq. Vergi ödəyiciləri artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində cari ilin 4-cü rübündən etibarən izləyə biləcəklər.