BİZNES

15 Sentyabr

Azərbaycan təmsilçisi beynəlxalq hakatronda qalib gəlib

Ukraynada keçirilən ağıllı şəhər həllərinə həsr olunan 24 saatlıq hackatronun qalibi olmuş Workloc komandasında təmsil olunan Sənan Abdullayev vətənə mükafatla dönüb. 

Belə ki, Macarıstan və "International Visegrad Fund" tərəfindən təşkil olunan hacatronda Ukrayna ,Polşa və Azərbaycan mütəxəsisləri arasında dizayn həlləri üzrə Sənan Abdullayev birinci yerə laiq görülüb.

Sənan Abdullayev Fins.az-a açıqlamasında  bildirib ki,üzvü olduğu Workloc komandası hacatronda  evdən çıxmadan ev,ofis sahələrinin icarəyə götürülməsi ilə bağlı aplikasiya təqdim edib. Sənan Abdullayev aplikasiyanın logosunu və qeydiyyat bölməsini dizayn edib. 

Qeyd edək ki, Sənan Abdullayevin təmsil olunduğu Workloc komandasın hacatronda ilk yeri tutsa da, hacatronda  Ermənistan nümayəndəsinin təmsil olunduğu Uspot komandası 3-cü yerə laiq görülüb.

Müəllif:Aynur Qəniyeva