“Rahat” supermarketdə toyuq məhsullarının saxlanma rejiminə riayət edilmədiyi aşkarlanıb:
Fins.az xəbər verir ki, soyudulmuş toyuq məhsullarının saxlanma rejimi +2 C-də 5 gün qeyd olunduğu halda, ticarət şəbəkəsinin vitrinlərində məhsulların +12°C temperaturda saxlanıldığı aşkar olunub.
Bildirilir ki,aşkar edilmiş faktla bağlı AQTA qanunvericiliyə uyğun müvafiq tədbirlər görüb, nöqsanların aradan qaldırılması istiqamətində qida təhlükəsizliyi sahəsində texniki-normativ aktların tələbləri izah olunub və icrası məcburi göstərişlər verilib.
Müəllif:Aynur Qəniyeva