Türk İnvestisiya Fondu Qarabağda işləyən sahibkarlara maliyyə dəstəyi göstərəcək.
Bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.
Onun sözlərinə görə, investisiya fondu yaxın zamanlarda işə başlayacaq.
Baş katib qeyd edib ki, Türk Şurasının investisiya fondunun məqsədi kiçik və orta biznesin maliyyələşdirilməsi, iri infrastruktur obyektlərinin tikintisi, üzv ölkələrin sahibkarları arasında təmasların qurulmasından ibarətdir.
B.Amreyev bildirib ki, fondun ilkin kapitalı 450 milyon dollar təşkil edəcək, bir il ərzində isə bu rəqəmin bir milyard dollara çatdırılması planlaşdırılır: "Fondun büdcəsi dövlət vəsaitləri və maliyyə təşkilatlarının vəsaitləri hesabına formlaşacaq".
O vurğulayıb ki, Türk Şurası təkcə Qarabağda deyil, həm də Azərbaycanın digər regionlarında da işləməkdə maraqlıdır:
"Türk Şurası ölkələrindən olan şirkətlər infrastukturun, turizm obyektlərinin yaradılması, bərpa olunan enerji mənbələri və bir sıra digər sahələrdə işləyəcək".
(c)Trend