BİZNES

10 Sentyabr

Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı 30,8% ARTIB

2021-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8%, real ifadədə 17,8% artaraq 1 milyard 354,3 milyon dollar təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, ixracın 38,2 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,5 faizini İspaniyaya, 4,4 faizini Xorvatiyaya, 4,3 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Gürcüstana, 3,1 faizini Hindistana, 2,9 faizini Tunisə, 2,7 faizini Portuqaliyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,8 faizini Ukraynaya, hər biri 1,2 faiz olmaqla Kanada, Almaniya və Tailanda, hər biri 1,1 faiz olmaqla İsveçrə, Çin və Belarusa, 7,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (26,5 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,5 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,9 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 13,3 faizi Çin, 6,2 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla ABŞ və İtaliya, 4,1 faizi Ukrayna, 3,4 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,8 faizi Fransa, 1,5 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 33,0 faiz, kartof – 12,9 faiz, şəkər – 1,8 dəfə, bitki yağları – 2,6 faiz, meyvə və tərəvəz şirələri – 15,9 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 11,3 faiz, pambıq lifi – 1,7 dəfə, pambıq ipliyi – 2,0 dəfə, qara metallardan yarımfabrikatlar – 12,4 dəfə artmış, təzə tərəvəz ixracı isə 22,3 faiz, çay – 21,2 faiz, tütün – 43,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,2 faiz, polietilen – 6,2 faiz, emal olunmamış alüminium – 42,1 faiz, qara metallardan borular – 1,3 faiz, bentonit gili – 9,2 faiz azalmışdır.

2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında çay idxalı 3,9 faiz, kartof – 14,1 faiz, təzə tərəvəz – 43,3 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,3 faiz, hesablama maşınları, blok və qurğuları – 18,8 faiz, yük avtomobilləri – 2,0 dəfə, rezin şinlər – 1,6 dəfə, mebellər – 29,8 faiz, paltaryuyan maşınlar – 34,1 faiz, məişət soyuducuları – 18,1 faiz artmış, bitki yağları idxalı isə 7,7 faiz, buğda – 5,9 faiz, xam şəkər və şəkər – 0,4 faiz, təzə meyvə – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları –12,1 faiz, quş əti və onun əlavə məhsulları – 19,2 faiz, mal əti – 42,8 faiz, siqaretlər – 9,0 faiz, qara metallardan borular – 35,8 faiz, polad prokatı – 39,9 faiz, mineral gübrələr – 46,4 faiz, məişət kondisionerləri – 0,8 faiz, qara metallardan çubuqlar – 69,7 faiz, polietilen –38,5 faiz, qara metallardan künclüklər – 31,1 faiz, avtobuslar – 36,6 faiz, sement və sement klinkerləri – 24,3 faiz azalmışdır.