2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunub.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 17337,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 11039,3 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 6297,9 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4741,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,0 faiz artmış, real ifadədə isə 6,7 faiz, o cümlədən idxal 12,4 faiz, ixrac 2,4 faiz azalmışdır.
2021-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1354,3 milyon dollar təşkil edib.
Müəllif:Aynur Qəniyeva