"Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatlarımızın inkişafına töhfə verəcəkdir. TürkŞurasına üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi qarşılıqlı investisiya imkanlarının artırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik".
Fins.az xəbər verir ki, iqtisadiyyat naziri nazir Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, ölkələrimizin tarixi və mədəni yaxınlığından, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq.
Qeyd edək ki, hazırda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilər.

