BİZNES

09 Sentyabr

İpoteka krediti götürməyi asanlaşdırmaq üçün nə etmək lazımdır?-ARAŞDIRMA

İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətində riskləri minumuma endirmək üçün  şərtlər maksimum sərtləşdirilib. Sərtləşdirilmiş şərtlər daxilində isə kreditə çıxış imkanları məhdud olan insanların bu hüquqdan yararlanma şansını aşağı salır. Nəticə etibarı ilə isə hədəf qrupu hesab olunan kiçik və imkansız ailələrin eyni zamanda kiçik sahibkarların yenə də maliyyə çıxış imkanları məhdud olaraq qalır.

Vətəndaşların ipotek kreditlərindən faydalanması üçün  müəyyən manelərin olduğunu qeyd edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, “ VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib ki, İpoteka kreditlərinin verilməsi sosial xarakter daşıyır əhalinin aztəminatlı təbəqəsinin yaşayış sahəsinin, mənzil və fərdi yaşayış evlərini əldə etmək imkanları məhduddur onlar üçün şərait yaradılr ki,dövlərin müvafiq proqramının dəstəyi ilə ev əldə edə bilsin.Bu sahəyə müxtəlif dövrlərdə iri məbləğli vəsaitlər ayrılır. Bu maliyyə vəsaitləri banklar arasında bölünür.Bu prosesin daha da kütləvi xarakter alması, doğrudan da dövlətin qarşısına qoyduğu məqsədə müvafiq şəkildə həyata keçirilməsi üçün ciddi nəzarətə və faizlərin aşağı salınmasına nail olmaq lazımdır. Biz bu sahədə olan beynəlxalq təcrübəyə nəzər saldıqda məsələn Avropa dövlətlərində aşağı faizlər tətbiq edilir. Təbii ki, bu aşağı fazilərin müəyyən olunması ödənişlərin aşağı salınması , evin əldə olunmasının asanlaşmasını təmin edir. Faizlər aşağı salınır məsələn əvvələr ipoteka faizləri 10%-lə hazırda isə 7%-lə verilir. Sosial ipoteka və əhalinin imtiyazlı təbəqəsi üçün nəzərdə tutulan ailələrə ipoteka verilməsi zamanı daha aşağı faizlər tətbiq edilir. İpoteka kreditlərinin faizlərinin aşağı düşməsi gözləniləndir.

O eyni zamanada bu prosesin əsas aktorları olan bankların tətbiq etdiyi kredit faizləri və vətəndaşların imkanlarının nəzərə alınması faktorunun vacibliyini vuğulayaraq “ Ümumiyyətlə kredit faizlərinin endirilməsi, bir tərəfdən əhalinin aztəminatlı təbəqəsinin maraqlarına uyğun olması nəzər alındığı kimi, digər tərəfdən də ölkədə  gedən müxtəlif iqtisadi proseslər nəticəsində bankların ziyanına işləyə biləcək vəziyyətin yaranması etimalı da nəzərə alınmalıdır. Bu məsələdə hər hansı tərəfi birmənalı şəkildə günahlandırmaq düzgün deyil. Ümumilkdə kreditlərin verilməsində faizlərə yenidən baxılması daha məqsədə müvafiq olar. Uzunmüddətli pandemiya dövrü, iqtisadi fasilələrin, boşdayanmaların mövcudluğu  bankları bu sahədə nisbətən ehtiyatlı davranmağa vadar edir. İqtisadi inkişafı stimmulaşdıran amillərdən biri də pul axınlarının dövriliyinin təmin edilməsidir. Bununla yanaşı iqtisadi dinamikliyin təmini üçün ölkədə mənzillər alınıb-satılmalı insanlar iqtisadi münasibətlərdə daha aktiv olmalıdır. Əlçatanlığın təmin edilməsi üçün kredit faizlərini aşağı salmaq lazımdır ki, proses daha dinamik şəkildə reallaşsın. İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditlərinin şəffaflığın təmin edilməsi üçün əlindən gələni edir. Bu istiqamətdə  banklar da  ipoteka kreditlərinin verilməsini sahədə müəyyən qədər  şəffaflığın qorunmasına nail olmalıdırlar. Belə bir hal olmamalıdır ki, kimsə mənzilləri və imkanları varsa,ipoteka krediti həmin şəxslərin mənzillərinin çoxaldılmasına və yaxud kimlərinsə biznes maraqlarına xidmət etsin.”-deyə qeyd edib.

İpoteka kreditlərinin verilməsində hazırda tətbiq edilən sistemin effketivliyinin aşağı olması və əhalinin aztəminatlı təbəqəsinin evlə təmin olunması üçün hazırlanan mexanizmlərin demək olar heç birinin özünü lazımi səviyyədə doğrultmaması cəmiyyətdə bu tip kreditlərə inamı da aşağı salır.

İpoteka kreditləri ilə bağlı Azərbaycanda hazırda mövcud olan sistemin çatışmazlıqları və aztəminatlı təbəqənin tələblərinə cavab vermədiyi ilə bağlı iddialara aydınlıq gətirən İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, “Hazırki, ipoteka şərtləri real iqtisadiyyatı, əhalinin real gəlirlərini əhatə etmir.Ona görə də faktiki olaraq ölkədə ipoteka kreditləşməsi  lazimi səviyyədə  olması hədə reallaşdırıla bilməyib. İlk növbədə əhalinin real gəlirlərindən, onların mütləq xərclərini çıxandan sonra əllərində qalan vəsaitlə ipotekanının şərtlərini uyğunlaşdırılmaldır. Bu olmadığı halda ipoteka kreditləri müraciət edənlər üçün əlçatmaz olacaq. Bundan başqa vətəndaşlar kreditləri götürsələr də ödəyə bilməyəcək və problemlər yaranacaq. İpoteka kreditlərini verən təşkilatlar da son nəticədə itkilərlə üzləşəcək.

İqtisadçı ekspert vəziyyətdən çıxış yolu kimi bir neşə təklif də səsləndirərək "Çıxış yolu yalnız ipoteka üçün xüsusi kredit xəttlərinin təklif edilməsi və açılmasıdır. Bununla birbaşa dövlət qurumları məşğul olmalıdır. Mərkəzi Bank ayrıca ipoteka kredit xətti aça bilər. Müvafiq səlahiyyətlər verilmiş xüsusi banklar və yaxud digər inkişaf institutları eyni zamanda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən reallaşdırıla bilər. İpoteka və Kredit Zəmanət Fondu elə bunun üçün yaradılmışdı. İpoteka kredtlərinin faiz dərəcəsi 2%-dən çox olmamaq şərti ilə verilməsi daha məqsədəuğun olardı. Ona görə ki, 7, 8, 5%-lə verilən ipoteka kreditləri Azərbaycanda öz effektini verə bilməz. Ona görə xüsusiləşdirilmiş kredit xəttləri açılmalıdır. Mərkəzi  Bank aidiyyəti dövlət banklarından biri ilə bu kredit xəttini bütün infrastriktur ilə təmin etməldir. İpoteka kreditləri üzrə ixtisaslaşan agentlik yaradılmalıdır. Həmin agentliyin kredit portfeli kəskin şəkildə artırılmalıdır. Bu gün İpoteka və Kredit Zəmanət Fonduna ayrılan  vəsait lazımi qədər deyil ,çox azdır. İpoteka və Kredit Zəmanət Fondu faktiki inkişaf instutu olaraq fəaliyyət göstərməlidir. Bütün bunlar həyata keçirildiyi təqdirdə tikinti sektorunda nəzərəçarpacaq dərəcədə iqtisadi fəallığın artmasını müşahidə edəcəyik. Digər tərəfdən əhali tərəfindən ipoteka kreditlərinə müraciətlər artacaq. Bu sektorun inkişafı nəticədə bütövlükdə iqtisadiyyatının canlanmasına səbəb olacaq.Yox əks halda indi mövcud olan 7-8% -lə ,girov tələb ipoteka sektorunda heç bir canlanma vəd etmir."-deyə qeyd edib. 

Təbii ki, İpoteka və Kredit Zəmanət Fondu daha sağlam əsaslarla fəaliyyət göstərməyə cəhd göstərməlidir. Amma bu balanslaşdırılmalıdır. Bu baxımdan ki, hədəf qurplarına çıxış məhdudlaşmamalıdır ki, hədəf qruplarları bu imkanlardan istifadə edə bilsin.

Müəllif:Aynur Qəniyeva