Mühasiblərin karyera yüksəlişinin ən vacib şərtlərindən biri müvafiq sertifikat ala bilmələridir. Əks halda sözügedən peşə sahibləri bir çox iş imkanlarından məhrum olurlar.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Mühasibat uçotu haqqında” qanunun tələblərinə görə, büdcə təşkilatlarının, nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin və s. baş müsahibi vəzifələri peşəkarlara – müvafiq müsahib sertifikatları olanlara həvalə edilməlidir. Məsələnin aktuallığı nəzərə alınaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaratdığı tərəfindən yaradılmış “PMS İnformasiya Mərkəzi” tərəfindən mühasiblər üçün müəyyən maarifləndirmə layihələri və təlimləri həyata keçirilərək lazımi dəstək tədbiləri təşkil olunur.
“PMS İnformasiya Mərkəzi”nin açıqladığı məlumata görə onlara daha çox peşəkar mühasib anlayışı, sertifikatlaşdırma prosesi, sertifikatların növləri, müddəti və ardıcıllığı, o cümlədən adıçəkilən mərkəzin təlimləri ilə bağlı suallar ünvanlanır.
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil ediləcək imtahanlara hazırlaşmaq məqsədi ilə aşağıda qeyd olunan sertifikat növləri üzrə mütəmadi qaydada təlimlər təşkil edilir:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I səviyyə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS.
Təlimlər və sizi maraqlandıran digər suallar haqqında məlumat əldə etmək üçün Maliyyə Elm-Tədris Mərkəzinin aşağda qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq olar: (012) 404-81-59; 404-81-50; 566-84-77;