2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 2020-ci ilin yekunları üzrə 2,8%-ə qarşı 4,9% təşkil edəcək.
Fins.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş makroiqtisadi proqnozlarda öz əksini tapıb.
Məlumatda bildirlir ki,İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,6%-ə qədər azalacaq.
İnflyasiya templərinin azalması tendensiyası 2023-2025-ci illərdə də davam edəcək: 2023-cü ildə 3,3%, 2024-2025-ci illərdə illik 3,2% təşkil edəcək.
Beləliklə, 2022-2025-ci illərdə Azərbaycanda orta illik inflyasiya 3,325% təşkil edəcək.
Proqnozlara görə, 2022-ci ildə manatın dollara qarşı orta məzənnəsi 1,7 manat/$1 səviyyəsində qalacaq.
Müəllif: Aynur Qəniyeva