BİZNES

09 Sentyabr

Azərbaycanda kapital qoyuluşu 4%-ə qədər artacaq

2022-ci il üçün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 18,7 milyard manat səviyyəsində proqnozlaşdırılır, 2021-ci illə müqayisədə real artım 3,7% təşkil edəcək.

Fins.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş makroiqtisadi proqnozlarda öz əksini tapıb.

Proqnozlara görə, 2022-ci ildə kapital qoyuluşlarının 70,7%-ni daxili investisiyalar, 29,3%-ni xarici investisiyalar təşkil edəcək.

2022-ci ildə dövlət investisiyalarının həcmi 11,5 milyard manat və ya ümumi kapital qoyuluşlarının 61,6%-i səviyyəsində proqnozlaşdırılır.

2020-ci ildə Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi COVID-19 səbəbindən 8,3% azalıb