İnvestisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
“Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların istehsalı üzrə kapital qoyuluşunda ƏDV-nin sürətli bərpası və ya idxal əməliyyatları zamanı yaranan ƏDV borcları ilə əvəzləşdirilməsi tədbirlərinin ortamüddətli dövrdə həyata keçirilməsi planlaşdırılır”, - sənəddə vurğulanıb