BİZNES

07 Sentyabr

Türk iş adamlarının Azərbaycana ixrac missiyası təşkil olunacaq

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Türkiyə İxracatçılar Məclisinin (TİM) nümayəndələri ilə görüş keçirilib.

Fins.az xəbər verir ki,TİM-in baş katibinin müavini Yiğit Tufan Eser təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, eləcə də iki qurum arasında əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Tural Hacılı ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində qurumun fəaliyyəti haqqında məlumat verib.

Tədbirdə  Azərbaycanda və Türkiyədə biznesin inkişafı üçün həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin cari ilin oktyabr ayında təşkil olunması nəzərdə tutulan türk iş adamlarının Azərbaycana ixrac missiyası çərçivəsində müxtəlif sahələrdə görüşlərin keçirilməsi təklifləri müzakirə olunub.

Müəllif:Aynur Qəniyeva