Kamiloğlu “ABAD”a Şəki rayonu Şin kəndindən qoşulub. O babasından miras qalan dəyirmanda un istehsalı ilə məşquldur
Biznesi barəsində danışanda Ömər Paşayev “Mən gözümü açandan dəyirman görmüşəm un ilə məşqul olmuşam. Dəyirman mənə atamdan miras qalıb atama da onun atasından miras qalıb yəni gözümüzü açandan un istehsalı ilə məşqul olmuşuq”.-deyə bildirib.
Daş, ya da su dəyirmanı adlandırılan dəyirmana onun hərəkətə gəlməsi əsas suyun gücü nəticəsində baş verdiyinə görə deyirlər. Məhsul iki daşın bir-birinə sürtünməsi nəticəsində üyüdülür. Üyünməsi üçün tam təbii məhsul seçilməlidir ki, daş onu yaxşı üyüdə bilsin. Qatqısı olan və ya geni dəyişdirilmiş bitkiləri üyütmək mümkün deyil, bu səbəbdən də Paşayaev Ömərin rəhbərlik etdiyi "Kamiloğlu" müəsisəsinin istehsal etdiyi unlar tam təbii şəkildə üyüdülür.
"ABAD haqqında televiziyadan məlumat alarkən dərhal elektron müraciət etdim, biznes-planımı hazırladım və məni müsahibəyə dəvət etdilər. "ABAD" mərkəzində mənim biznes-ideyamı bəyəndilər, müsbət rəy aldım .Bundan sonra "ABAD" mənə məhsulun qablaşdırılmasında, dizaynında, satışında, mühasibatlıqda ve hüquqi baxımdan dəstək oldu. Və ən əsası məhsulumun satışa çıxmağında mənə dəstək oldu. Bizim unların üstünlüyü ondan ibarətdir ki, bizdə tam təbii unlar üyünür. Buğda öz kəpəyi ilə birlikdə üyünür, düyü ve qarğıdalı həmçinin tam təbii olmalıdır. Əgər, geni dəyişdirilmiş və ya sintetik tərkibli olsa, dəyirman daşları bir-birinə yapışar və nəticədə biz bu məhsulları una çevirə bilmərik".
Ö. Paşayev "ABAD"a yeni qoşulduqda 4 çeşid un istehsal edirdi, hazırda isə məhsulların sayı 8-ə çatıb."-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva