BİZNES

07 Sentyabr

Mənzil bazarında paradoks: Kirayə evlərə tələbat azalsa da, qiymətlər artıb - VİDEO

“Nur şəhəri”ndə pandemiyadan öncə kirayə mənzil sahəsində canlanma olsa da, bu il durğunluq müşahidə olunur. Əvvəlki illərin avqust-sentyabr aylarında tələbələr ev axtarışına çıxıb, ucuz və keyfiyyətli mənzillər axtarırdılarsa, bu il tələbat xeyli aşağı düşüb. 

Mingəçevirdə rieltor xidməti ilə məşğul olanlar da deyilənləri təsdiqləyirlər. Amma bir məqam var ki, tələbat azalsa da, qiymətlərdə artım müşahidə edilir. Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrində təhsil alacaq tələbələrin yaxınları da qiymətlərdə artım olduğunu deyir. Kirayə mənzillər tapmaq isə müşkülə çevrilib.

Ölkənin dördüncü böyük şəhəri olan Mingəçevir turizm məkanları ilə də diqqət çəkir. Buradakı zavod və fabriklərdə çalışmaq üçün digər bölgələrdən gələn xeyli işçi qüvvəsi var. Odur ki münasib qiymətə kirayə mənzil axtaranların işi çətinləşib.