BİZNES

06 Sentyabr

Mikayıl Cabbarovdan qeyri-neft sektoru üzrə ixracla bağlı AÇIQLAMA

Qeyrineft sektorunun ixrac-ı artır. İlin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. ABŞ dollarından çox olub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Müəllif:Aynur Qəniyeva