Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda sentyabrın 16-da Bakıda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Palatadan bildirilib ki, konfransda Azərbaycan Respublikası dövlət qurumlarının rəhbərlərinin, habelə Avstriya, Belçika, Gürcüstan, Latviya, Macarıstan, Makedoniya, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Ukraynadan mütəxəssislərin, peşəkar mühasibat və audit qurumlarının rəhbərlərinin iştirakı və çıxışları nəzərdə tutulub.