BİZNES

03 Sentyabr

İlkin qeydiyyat olmadan MTK-lara mənzil satmaq qadağan edilsin - Hüquqşünas + VİDEO

Təklif edirəm ki, bütün Mənzil Tikinti Kooperativlərinə (MTK) ilkin qeydiyyat aparmadan mənzil satışını həyata keçirmək qadağan olunsun.

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında hüquqşünas Vüqar Babayev deyib.

"Mütləq qaydada bütün mənzillər ilkin qeydiyyatdan keçməli və çıxarış alınmalıdır. Dövlət reyestrində MTK-nın satışa çıxaracağı mənzillər göstərilməlidir. Məsələn, 1-ci mərtəbədəki mənzilin nömrəsi 1, 15-ci mərtəbədəki mənzilin nömrəsi 90-dır. Bundan başqa, mənzillərin sahəsi layihəyə uyğun icra olunmalıdır. Vətəndaş isə ev alanda notariusa müraciət etməli və ödənişi MTK və ya tikinti şirkətinə etməlidir. Belə olan halda eyni mənzil bir neçə adama satılsa belə, sənəd həmin şəxsin əlində olacağı üçün o, problem yaşamayacaq",-deyə o bildirib.