BİZNES

01 Sentyabr

Azərbaycanda bu il 313,97 mln. manat gömrük ödənişi toplanıb

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,58% əməl edib.

Fins.az xəbər verir ki, bu barədə Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.

O bildirib ki, hesabat dövründə nəzərdə tutulan proqnozdan əlavə 313,97 mln. manat gömrük ödənişlərinin toplanaraq, dövlət büdcəsinə köçürülməsi təmin olunub.