BİZNES

01 Sentyabr

Ermənistanın təxribatı nəticəsində sahibkarlara dəyən ziyan aradan qaldırılır

6 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb, 294 sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib.

Fins.az-ın məlumatına görə, müəyyən olunub ki, Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği 4.741.647,0 manat təşkil edir.

Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb. Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4.261.941,0 manat vəsaitin ödənişi təmin olunub. Proses davam edir.