Bu ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"-nın avqust sayında bu barədə məlumat verilir.
Məlumata görə, "Azərkosmos" ASC-in xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92%-i təşkil edib."2021-ci ilin iyul ayında isə "Azərkosmos" ASC dünyanın 24 ölkəsinə 6,7 mln. dollar dəyərində xidmət ixrac edib", - məlumatda qeyd edilir.