2021-ci ilin iyul ayı üzrə ixrac 2,6 mlrd ABŞ dolları təşkil edib.
Fins.az xəbərt verir ki, bu barədə İxrac İcmalının avqust sayında məlumat yayımlanıb
Məlumata görə, qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln ABŞ dolları olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.