"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin (AZİNNEX), birliyin üzvü olan müəssisələrin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Fins.az xəbər verir ki,onlayn formatda keçirilən görüşdə informasiya texnologiyaları üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyəti, innovasiya məhsullarının satışı, o cümlədən ixracı ilə bağlı mövcud çətinliklər, onların həlli, xarici bazarlara çıxış imkanlarının artırılması və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub.
Görüş zamanı müvafiq sektorun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar bir daha müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.