31 avqust – 5 sentyabr 2021-ci il tarixlərində geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan Selvedge Dünya Satış Sərgisi keçiriləcək.
Fins.az xəbər verir ərgidə 75 ölkədən 150-dən çox sənətkar öz milli mədəni irsini, tekstil ənənələrini öz kolleksiyaları vasitəsilə nümayiş etdirəcəklər.
Selvedge 2021 Dünya Satış Sərgisi çərçivəsində sentyabırın 4-də “Yaradıcılıq günü” təşkil olunacaq və 24 saat ərzində onlayn görüşlər, söhbətlər, sual-cavablar, film təqdimatları, sənətkarlarla müsahibələr və emalatxanalarda görüşlər baş tutacaq. “Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Honq-Konq, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika, Kanada ilə yanaşı Azərbaycan da təmsil olunacaq.
Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş 1 saatlıq proqramın sonunda Xalq rəssamı Eldar Mikayılzadə ilə onun emalatxanasında onlayn görüş təşkil olunacaq. Xalçaçı-rəssam ölkəmizdə xalçaçılıq ənənənələrinin yaşadılması, inkişaf etdirilməsi haqqında danışacaq, yeni yun və ipək xalçaların toxunma prosesini nümayiş etdirəcək.