BİZNES

26 Avqust

Azərbaycanda qadınların texnoloji biliklərini artıracaq yeni layihəyə start verilib​

Azərbaycanın regionlarında yaşayan qadınlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artıracaq “Binar”​ adlı layihəyə start verib.

İnnovasiyalar Agentliyindən Fins.az-a verilən məlumata görə, xanımlar əldə etdiyi yeni biliklərlə rəqəmsal dünyanın fəal iştirakçısına çevrilərək rəqabətə davamlı mütəxəssislər olacaqlar.
Agentliyinin yeni layihəsi olan​ “Binar”,​ qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və ölkədə gender bərbərliyinin təmin olunmasına töhfə verəcək.
Layihə Mingəçevir​ şəhərində yaşayan,​ yaş həddi 18-60​ arası xanımlar üçün nəzərdə tutulur.
Rəqəmsal Marketinq mövzusu üzrə 3 ay nəzərdə tutulan təlim bu ilin sentyabr-dekabr​ aylarında keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər 10 sentyabradək binara.az saytından qeydiyyatdan keçə bilərlər.