BİZNES

23 Avqust

Azərbaycanda kompüter avadanlıqlarının satışı  4%-dək artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 193,9 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 19,6% və ya 31,8 mln. manat çoxdur.

Cari ilin iyul ayında satışların həcmi iyun ayı ilə müqayisədə 3,8% və ya 1,6 mln. manat artaraq 44 mln. təşkil edib.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə bərabərdir.