BİZNES

20 Avqust

Aktiv vergi ödəyicilərinin sayı ARTIB

Cari il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 faiz artaraq 643 min 504 nəfər təşkil edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 faiz artıb və 32 min 233 nəfərə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 177 min 385-ə çatıb.