BİZNES

19 Avqust

Vergi ödəyicisindən aktivləri barədə məlumat tələb edilə bilər?

Dövlət Vergi Xidmətindən bildirilir ki, vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı Vergi Məcəlləsinə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi ödəyicisi bildirişdə göstərilən müddət ərzində vergi öhdəliyini yerinə yetirmədikdə vergi orqanı aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər.
 
Aktivlər barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
 
Əsaslandırma: Vergi Məcəlləsinin 57.2-ci , 65.1-ci və 89.3-cü maddələri