BİZNES

19 Avqust

Azərbaycan və Latviya elektron ticarət çərçivəsində poçt mübadiləsinin artırılmasında maraqlıdır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktoru Əfqan Cəlilovla Latviya Poçtunun rəhbəri Markis Vilkans arasında görüş keçirilib.

Fins.az xəbər verir ki, görüş zamanı “Azərpoçt” MMC-də həyata keçirilən yeni layihələr, poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Bildilir ki,həmçinin Azərbaycanla Latviya arasında poçt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Markins Vilkans “Azərpoçt” MMC-də həyata keçirilən innovativ layihələrin böyük əhəmiyyət daşıdığını və qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib.

Tərəflər poçt-maliyyə sahəsində əməkdaşlığı genişləndirməkdə, poçt sahəsində logistika xidmətlərinin inkişaf etdirilməsi və elektron ticarət layihələri çərçivəsində poçt mübadiləsinin artırılmasında maraqlı olduqlarını qeyd ediblər. Pandemiya dövründə də hər iki ölkə arasında poçt göndərişlərinin həyata keçirildiyi vurğulanıb.

 “Azərpoçt” MMC və Latviya Poçtu rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.