BİZNES

19 Avqust

Azərbaycan mayner hücumlarına məruz qalan ölkələrin TOP-10 siyahısına daxil olub

Bu ilin ikinci rübünün nəticələrinə əsasən Azərbaycanda kompüter istifadəçilərin 1,21 faizi mayner hücumları ilə üzləşib.

Bu barədə “Kaspersky” şirkətinin informasiya təhlükəsizliyinə dair dərc etdiyi hesabatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan bu təhlükə riski ilə üzləşən ölkələrin ilk onluğuna daxil olaraq 9-cu yerdə qərarlaşıb.

Mayner hücumlarına məruz qalan TOP-10 ölkə:

#

Ölkə

Faiz

1

Əfqanıstan

3,99

2

Efiopiya

2,66

3

Ruanda

2,19

4

Özbəkistan

1,61

5

Mozambik

1,40

6

Şri-Lanka

1,35

7

Vyetnam

1,33

8

Qazaxıstan

1,31

9

Azərbaycan

1,21

10

Tanzaniya

1,19

(c)APA