BİZNES

19 Avqust

Vergi daxilolmaları üzrə proqnoza 126,2% əməl edilib

2021-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 273,7 mln. manat vergi daxil olub, proqnoza 126,2% əməl edilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2% və ya 655,9 mln. manat artıb.

Cari ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 mln. manat olub, proqnoza 119,7% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 628,1 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11,1% və ya 382,2 mln. manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 2,927 mlrd manat təşkil edib. Regionlar üzrə daxilolmalar 549,4 mln. manat olmaqla, proqnoz 118,3% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 4,8% artıb.

Ödənilən vergilərin 72,3%-i qeyri-neft-qaz sektorunun, 27,7%-i neft-qaz sektorunun payına düşüb.