BİZNES

18 Avqust

RİM Azərbaycana Smart city biznes-missiya təşkil etməyi planlaşdırır

Rusiya İxrac Mərkəzi Azərbaycana Smart city biznes-missiyada iştirak məqsədilə RF şirkətlərini toplamağa başlayıb.

Biznes-missiyada iştiraka energetika və dayanıqlı inkişaf, nəqliyyat, layihələndirmə və “rəqəmsal şəhər” formatında yaşayış məntəqələrinin layihələndirilməsi və tikintisi, dəmir yolu texnikası və rels məhsullarının tədarükü, ətraf mühitin mühafizəsi və təkrar tullantıların emalı, qabaqcıl rəqəmsal texnologiyalara, fəal inkişaf edən ixrac satış kanalları və ya ixrac fəaliyyətinə başlamağı planlaşdıran Rusiya şirkətlərini dəvət edir.

Bu barədə Rusiya Federasiyasının Sənayevə Ticarət Nazirliyinə istinadən məlumat verir.

Biznes-missiya zamanı Rusiya və Azərbaycan tərəflərinin dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə işgüzar proqram, işgüzar dairələrin nümayəndələri ilə görüşlər, həmçinin Rusiya məhsulları və xidmətlərin satınalınmasına maraq ifadə edən potensial alıcılarla məqsədli danışıqlar təşkil olunacaq.

Missiya çərçivəsində B2B görüşlər keçiriləcək.