BİZNES

17 Avqust

Bakıda taxta bazarında yanğın olub - Fotolar

Bakının Nərimanov rayonunda bazarda yanğın başlayıb.

"Fins.az" xəbər verir ki, hadisə “Baksol” yolunda yerləşən taxta bazarında baş verib.

Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və canlı qüvvəsi cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

***

Bakının Nərimanov rayonunda taxta bazarında baş verən yanğın lokallaşdırılıb.

Hazırda yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

(C)APA