2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 549 milyon 473,51 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədəFins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2021-ci ilin 7 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,76%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. RF Azərbaycanın üçüncü iri ticarət tərəfdaşıdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya $486 milyon 550,47 min dəyərində (artım 13%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,27%-i Rusiyanın payına düşüb. Rusiya Azərbaycandan ixracın həcminə görə 5-ci yerdədir.
Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 62 milyon 923,04 min (azalma 1,9%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 16,88% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci yerdədir.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $576 milyon 372,57 min təşkil edib.