BİZNES

13 Avqust

“Az-Evro Tel”in direktoru - Dəyişib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-nin direktoru Hidayət Ağayev vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, şirkətə rəhbərlik Ramil Baxşiyevə həvalə olunub.

Xatırladaq ki, “Az-Evro Tel” 1995-c ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.

(Report)