BİZNES

13 Avqust

Novqorod biznesmenləri Azərbaycan bazarına çıxış imkanlarını müzakirə edəcək

Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi Novqorod vilayətində İxraca Dəstək Mərkəzinin yeni onlayn-layihəsinin ilk iştirakçısı olacaq.

“Novqorod İxraca Dəstək Mərkəzinin avqust ayında start verəcəyi xüsusi onlayn layihə çərçivəsində Rusiyanın xarici ölkələrdəki ticarət nümayəndələri ilə görüşlər keçiriləcək”, - deyə Mərkəzin məlumatında bildirilir.

Videokonfrans zamanı regionun iş adamları bu və ya digər ölkədə ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə tanış olacaqlar.

“İlk görüşün avqustun ikinci yarısında keçirilməsi planlaşdırılır. Layihənin xüsusi qonağı Rusiyanın Azərbaycandakı nümayəndəsi olacaq. Görüş zamanı Novqoroddan olan iş adamları Azərbaycana ixracla bağlı birbaşa suallar vermək, qarşılıqlı fəaliyyət və yeni bazarlara çıxış perspektivlərini müzakirə etmək üçün unikal imkan əldə edəcəklər”, - deyə məlumatda qeyd olunur