BİZNES

13 Avqust

Fərhad Əhmədov türk rəssamın əsərinə 10 min  dollar ödədi

Rusiyada yaşayan məşhur azərbaycanlı milyarder Fərhad Əhmədov Türkiyənin Marmaris bölgəsinə şəxsi gəmisi ilə gəlib.

Fins.az xəbər verir ki, 62 yaşlı iş adamı rəsm çəkib satan türkiyəli gənc rəssam Güçlü Kadir Yılmazın əl işini bəyənib. Onun rəsmlərindən birinə 10 min dollar ödəniş edərək alıb.

Qeyd edək ki, o, dünyanın ən məşhur kolleksiyaçılarından biri, "sənət patronu" və "istedad ovçusu" kimi tanınır.