BİZNES

12 Avqust

Mikayıl Cabbarovdan  KOB evləri ilə bağlı açıqlama

Müşahidə Şurası-nın iclasında Agentliyin 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti, KOB-ların inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi istiqamətində görüləcək işlər müzakirə edildi.

Fins.az xəbər verir ki,bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

Məlumata görə,KOB subyektlərinin dəstəklənməsi üçün müxtəlif mexanizmlər tətbiq edilir. Hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir, sahibkar-lar Xaçmaz və Yevlax-da yaradılmış KOB evlərində 150-dək dövlət-biznes və 100-dək biznes-biznes xidmətlərindən yararlanırlar.

Müəllif: Aynur Qəniyeva