BİZNES

11 Avqust

Bir ölkə sakini ticarət şəbəkələrində nə qədər pul xərcləyib? - MƏBLƏĞ

2021-ci ilin yanvar-iyul aylarında  pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata förə, istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 %-i fərdi sahibkarlar tərəfindən, 22,9 %-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 %, fərdi sahibkarlar üzrə 0,5 % artmış, bazar və yarmarkalarda isə 11,0 %azalıb. 

Müəllif:Aynur Qəniyeva