BİZNES

11 Avqust

Azərbaycanın xarici ticarətində müsbət saldo yaranıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 161 ölkədən idxal olunub. 

Fins.az xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14650,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9259,1 milyon dollarını və ya 63,2 %-i ölkədən ixrac olunmuş məhsulların, 5391,2 milyon dollarını (36,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3867,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7% artıb, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb.