2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 104,5 faiz təşkil edib.
Fins.az dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil etmişdir. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,0 faiz təşkil edib.
Müəllif:Aynur Qəniyeva
