BİZNES

09 Avqust

Azərbaycanda ABŞ-ın bulud servislərinə alternativ yaradılıb

Azərbaycanın hosting provayderi "YER hosting", ölkədaxili lokasiyalı və ən ucuz qiymətə virtual server (VPS) təqdim edən "yer.cloud" layihəsinə start verib.

Bunu "Fins.az"-a layihə rəhbəri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə görə, VPS xidməti 3,98 ABŞ dollarından (6,77 manatdan) başlayan qiymətə təklif olunur.

"Qeyd edim ki, ABŞ-ın "Digitalocean", "Linode" kimi şirkətlərində eyni konfiqurasiya 5 dollardan başlayır. Təklif etdiyimiz xidmətdən yararlanan sifarişçi, ona lazım olan əməliyyat sistemini seçib ödəniş edildikdən sonra 3-5 dəqiqə ərzində server avtomatik yaradılıb, quraşdrılaraq məlumatlar qeyd olunan elektron poçt ünvanına göndərilir",- deyə R. Əliyev qeyd edib.

O həmçinin əlavə edib ki, sifarişçilərə ilkin versiyada "Linux Debian" və "Ubuntu" əməliyyat sistemləri təklif olunur. Xidmətin ödənişi isə "PayPal"və ya "Stripe" üzərindən aparılır. 

"Ödəniş zamanı ölkədaxili bank kartlarından 18% vergi tutula bilər. Belə halların aradan qaldırılması üçün gələcəkdə yerli ödəniş sistemlərindən birinin inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, xidmət çərçivəsində istifadəçilərə digər əliyyatlar sistemləri də təklif olunacaq",- deyə R. Əliyev əlavə edib.